Yadigar Sadıqovun şikayəti üzrə məhkəmə başlayır

Xuliqanlıq etməkdə təqsirləndirilən Müsavat başqanının müşaviri məhkəmənin qərarından şikayət verib

Source:


Xuliqanlıq etməkdə təqsirləndirilən Müsavat başqanının müşaviri məhkəmənin qərarından şikayət verib

Aprelin 15-də Şirvan Apellyasiya Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun şikayəti üzrə hazırlıq iclası keçirilib.

Yadigar Sadıqovun hüquqlarını müdafiə edən ictimai komitənin sədri Elman Fəttah “Media forum” saytına deyib ki, Bakı İstintaq Təcridxanasında saxlanan təqsirləndirilən prosesə aparılmayıb: “Vəkil Xalid Bağırov prosesin istintaqla aparılması barədə vəsatət qaldırıb. Hakim İsmayıl Əhmədov vəsatəti qismən təmin edib”.

Məhkəmə prosesi aprelin 29-da davam etdiriləcək.

Yadigar Sadıqov ötən il iyunun 27-də tutulub. Bu il yanvarın 13-də 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü Lənkəran Rayon Məhkəməsi çıxarıb. Müsavat başqanının müşaviri silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib.

Ana səhifəXəbərlərYadigar Sadıqovun şikayəti üzrə məhkəmə başlayır