Müsavat Partiyası Lənkəran təşkilatının sədri Yadigar Sadıqovun həbs müddəti 22 oktyabrda bitib. Amma o, 3 gündür məhkəmə qərarı olmadan həbsdə saxlanılır. Y. Sadıqovun vəkili onun qanunsuz həbsdə saxlanılması ilə bağlı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidovu məhkəməyə verib. Sabunçu rayon Məhkəməsi şikayəti təmin etməyib.
Yadigar Sadıqov Lənkəran sakini Rəşid Kərimovu döyməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə bağlı istintaq yekunlaşıb və 5 noyabrda Lənkəran rayon Məhkəməsində proses başlayacaq.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 25 Oktyabr 2013 18:25