Yadigar Sadıqova verilən 6 il 4 ilə endirildi

Adil İsmayılov: “Yadigar bəyin səhhəti, əhval-ruhiyyəsi yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur”.

Source:

Adil İsmayılov: “Yadigar bəyin səhhəti, əhval-ruhiyyəsi yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur”.

İyulun 22-də Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyasının başqanının müşaviri Yadigar Sadıqovun şikayəti üzrə proses keçirilib.

Vəkil Adil İsmayılov “Media forum” saytına bildirib ki, prosesdə Yadigar Sadıqova bəraət istəyiblər və bununla bağlı vəsatətləri qismən təmin edilib.

“Hakim İsmayıl Əhmədov verdiyimiz vəsatəti qismən təmin etdi və Lənkəran Rayon Məhkəməsinin Yadigar Sadıqov haqda çıxardığı 6 il həbs cəzasını 2 il azaldaraq 4 ilə endirdi” – deyə vəkil bildirib.

Adil İsmayılovun sözlərinə görə, prosesdə Yadigar Sadıqov özü də iştirak edib: “Səhhəti, əhval-ruhiyyəsi yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur”.

Yadigar Sadıqov 2013-cü ilin iyunun 27-də həbs edilib. Lənkəran Rayon Məhkəməsi ona 6 il həbs cəzasını 2014-cü il yanvarın 13-də çıxarıb. Müsavat başqanının müşaviri ötən il iyunun 25-də Lənkəranda şəhər sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə təqsirli bilinib.

Ana səhifəXəbərlərYadigar Sadıqova verilən 6 il 4 ilə endirildi