Müsavat başqanının müşaviri, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Yadigar Sadıqov Əfv Sərəncamı ilə azadlığa çıxdı. O, Lənkəran rayon Məhkəməsinin 2014-cü il 13 yanvar tarixli hökmü ilə məhkum edilmişdi. Y.Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirmişdi.