“Ya indi, ya heç vaxt”- Honq Konq etirazçıları itirəcəklərinin olmadığını deyir

Bu dəfə zorakılıq tətbiq etməkdə israr edən etirazçılar olmasaydı, qanun artıq qəbul ediləcəkdi,

Source: google.az


Qanun layihəsinə etiraz olaraq başlayan aksiya daha sonra böyük demokratiya tələblərinə çevrilib

22 il əvvəl Pekinə verildiyi gündən bəri baş vermiş ən böyük böhranla üz-üzə qalan Honq Konq Çinin şəhər üzərində artmaqda olan hakimiyyətinə qarşı etiraz edir.

Honq Konqun ruhu uğrunda gedən etirazlar keçmiş ingilis koloniyasının Pekindəki siyasi rəhbərlərinə qarşı Asiyanın maliyyə mərkəzinin azadlığını nəyin bahasına olursa-olsun qorumaq məqsədiylə başlayıb.

İcra başçısı Kəri Ləm (Carrie Lam) çərşənbə axşamı etirazçıların tələblərinin qəbuledilməz olduğunu deyib. Son həftələrdə Pekinin sərhəd yaxınlığında hərbi qüvvələr yerləşdirməsinə baxmayaraq, demokratiya tərəfdarları etirazları daha da genişləndirib.

“Bu, indi və ya heç vaxt zamanıdır və mən bu səbəbdən geri qayıtmışam,” – 32 yaşlı Tse deyib və əlaə edib ki, keçən ay etirazlara qoşulandan bəri mitinqlərdə dinc iştirakçı kimi etirazları “Telegram” sosial media vasitəsiylə yayıb.

“Əgər biz indi uğur qazanmasaq, söz azadlığımız, insan haqlarımız yox olacaq. Biz davam etməliyik”.

Şəhər 1997-ci ildə Çin hakimiyyətinə qayıtdıqdan sonra tənqidçilər deyir ki, Pekin Honq Konqun muxtariyyət və azadlıqlarını “bir ölkə, iki sistem” formulası altında qorumaq öhdəliyindən imtina edib.

2014-cü ildən sonra Pekinə olan marağı azalan müxalifət küçələri işğal edən demokratiya hərəkatından sonra geri qayıdaraq hakimiyyəti ələ almağa çalışır.

“Mübarizəni davam etdirməliyik. Ən pis qorxumuz Çin hökumətidir,”- deyən 40 yaşlı bir müəllim qorxduğu üçün adının çəkilməsindən imtina edib:

“Bizim üçün bu, bir həyat və ya ölüm vəziyyətidir”.

Honq Konqda etirazlar ilk olaraq Kommunist Partiyasının nəzarətində olan məhkəmələrdə mühakimə üçün insanların Çinə göndərilməsinə imkan verəcək ekstradisiya qanun layihəsinə etiraz olaraq başlayıb və daha sonra böyük demokratiya tələblərinə çevrilib.

“Biz 2014-cü ildə inqilabı çox pis uduzduq. Bu dəfə zorakılıq tətbiq etməkdə israr edən etirazçılar olmasaydı, qanun artıq qəbul ediləcəkdi,” – 30 yaşlı, özünün Mayk (Mike) olaraq təqdim edilməsini istəyən digər bir etirazçı deyib.

O, 2014-cü ildə liderlərin həbs olunmasına səbəb olan 79 günlük dinc etiraz aksiyalarına istinad edərək deyib: “Artıq sübut edilib ki, zorakılığın müəyyən dərəcədə faydası ola bilər”.

Son etirazlarda 900-ə yaxın adam həbs olunub. Onlara uzun müddətli həbs cəzasının istənməsi ailələri ilə birlikdə kiçik mənzillərdə yaşayan bir neçə fəalın narahat olmasına və mübarizədən çəkilməsinə səbəb olub.

Etirazlar Çin lideri Si Çinpinə (Xi Jinping) birbaşa problem yaradır. Onun höküməti xalqa zorakı nümayişləri ləğv etmək üçün zorla müdaxilənin mümkün olması barədə açıq xəbərdarlıq göndərib.

Bəzi tənqidçilər etirazçıların “indi və ya heç vaxt” şüarını sual altına alaraq deyib ki, Pekinin etirazları zorla yatırması Honq Konqdakı azadlıqlara son qoya bilər.

Pekin Honq Konqu Çinə inteqrasiya etməyə çalışdığı üçün təpki göstərilir.

Honq Konq Universiteti tərəfindən iyun ayında aparılan sorğuda göstərilir ki, 1015 respondentin 53 faizi özünü Honq Konqlu, 11 faizi çinli olaraq təqdim edir. Bu, 1997-ci ildən bu yana rekord səviyyədə aşağı göstərici hesab edilir.

Dünyanın ən bahalı şəhərlərindən birində ev sahibi olmaq xəyalında olan bir çox gənc Pekinin şəhəri ələ keçirməsi təqdirdə ümidlərinin az olduğunu deyib.

“İtirəcəyimiz heç bir şeyimiz yoxdur,” – 23 yaşlı tərcüməçi gənc deyib.

Böhran artdıqca Çinin Xalq Qurtuluş Ordusu anti-iğtişaş təlimlər keçirdikləri barədə görüntülər yayımlayıb.

“Honq Konq Çin deyil” və “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” etirazçıların mesajlarından biridir.

Tse zorakılığın zəruri olduğuna inandığını söyləyib, çünki hökumət dinc etirazları nadir hallarda dinləyir.

“Taktiki olaraq, zorakılığın daha yüksək səviyyəsi tətbiq edilməlidir,”- o deyib: “Əslində həyat yoldaşıma demişdim ki, əgər etirazçı tərəfdə bir ordu qursaq, mən də qoşulacağam”.

Ana səhifəDünya“Ya indi, ya heç vaxt”- Honq Konq etirazçıları itirəcəklərinin olmadığını deyir