“XXI əsrdə Azərbaycanda Stalin repressiyası sindromu zühur etməkdədir”

Müdafiə Komitəsi Leyla Yunusla bağlı bəyanat yaydı

Source:


Müdafiə Komitəsi Leyla Yunusla bağlı bəyanat yaydı

Leyla Yunusun və digər siyasi məhbusların hüquqlarını Müdafiə Komitəsi hüquq müdafiəçisinin həbs müddətinin uzadılmasını və ona qarşı digər qanunsuzluqları qətiyyətlə pisləyir. Komitənin bəyanatında L.Yunusun Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafında müstəsna xidmətləri, çoxlu sayda siyasi məhbusun azadlığa çıxmasında əməyinin olması qeyd edilir.

Meydan.TV-yə daxil olan  bəyanatda xatırladılır ki, Avropa İnsan Hüquqları Məhkəməsi L. Yunusun işinə prioritet qaydada baxmaq haqqında qərar qəbul edib.

Həmçinin bəyanatda L.Yunusun həyat yoldaşı, tanınmış alim və politoloq Arif Yunusun qanunsuz həbsinə toxunulur.

“XXI əsrdə Azərbaycanda  Stalin repressiyası sindromu zühur etməkdədir”, – bəyanatda deyilir.

Leyla Yunus 2014-cü il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanətdə və bir sıra iqtisadi cinayətlər törətməkdə ittiham olunur. L.Yunus ittihamları rədd edərək onları siyasi motivli sayır.

“Amnesty İnternational” L.Yunusu “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlər“XXI əsrdə Azərbaycanda Stalin repressiyası sindromu zühur etməkdədir”