Kapitanın ürəyindən tapança ilə atəş açaraq özünü öldürdüyü iddia olunur
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların zabitinin xidmət etdiyi hərbi hissədə intihar etdiyi bildirilir.
Bu barədə "Qafqazinfo" məlumat yayıb.
Məlumata görə, DİN xüsusi təyinatlı dəstəsinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.
Bildirilir ki, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də ilk övladı dünyaya gəlib.
A. Məmmədovun cənazəsi bu gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib.
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) üzvü Alim Məmmədov II Qarabağ müharibəsində iştirak edərək döyüşüb.