Xüsusi karantin rejimi daha 1 ay uzadıldı

“Ancaq yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək”.

Foto: Meydan TV


Muzey və sərgi zallarının fəaliyyəti bərpa olundu

Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi sentyabrın 30-na qədər uzadılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, əldə olunan uğurların möhkəmləndirilməsi, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də dünyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq xüsusi karantin rejiminin 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Həmçinin virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarıldığı qeyd olunur:

“Ancaq yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək”.

Məlumatda muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığı bildirilib:

“Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir”.

Operativ qərargah sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacağını xatırladıb:

“Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək”.

COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uzadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu, əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib.

Ana səhifəSosialXüsusi karantin rejimi daha 1 ay uzadıldı