Xocalının anım mərasimində dava düşüb

“Əsgərə güllə atan insanları burada oxumağa qoymayacağıq”

Source:
Hadisə yerindən fotolar
Hadisə yerindən fotolar
Hadisə yerindən fotolar
Hadisə yerindən fotolar


“Əsgərə güllə atan insanları burada oxumağa qoymayacağıq”

Türkiyənin Kocaeli Universitetində Xocalı qətliamı anılıb. Xocalıda həyatını itirənləri yad edən tələbələrlə onlara müxalif fikirdə olanlar arasında kütləvi dava düşüb.

Milliyyet.com.tr yazır ki, universitetdə olan polislər kömək üçün əlavə qüvvələr çağırıblar. Əraziyə çox sayda polis əməkdaşının cəlb olunduğu deyilir.

Polislər dava edənləri ayırsalar da, bir-birlərinə daş və dəyənəklərlə hücum edən tələbələr yenidən toplaşmağa cəhd ediblər. Hadisədə yaralanan tələbə yataqxanasının güvənlik işçisi xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən fotolar
Hadisə yerindən fotolar

Tələbələrin təkrar qarşı-qarşıya gəlməməsi üçün polis ərazidə nəzarəti gücləndirib. Çağırışlara əməl etməyən 47 tələbəninin saxlandığı deyilir. Onlardan biri bu şüarı səsləndirib:

“PKK-lı vətən xainlərini oxumağa icazə verməyəcəyik. Biz vətənini sevənlərik. Xainlər, PKK dəstəkçiləri, bu vətənin çörəyini yeyib, bu ölkənin əsgərinə güllə atan insanları burada oxumağa qoymayacağıq”.

Ana səhifəXəbərlərXocalının anım mərasimində dava düşüb