Xocalı faicəsindən 28 il ötür

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Source: Foto: Turan İA


1994-cü ildə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib

Bu gün Ermənistan ordusunun və Rusiyanın 366-cı hərbi alayının Azərbaycanın Xocalı şəhərində törətdiyi faciədən 28 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri və 366-cı motoatıcı alayı Xocalı şəhərində hərbi əməliyyat keçirib. Əməliyyat nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Eyni zamanda, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi məlumata görə, hadisə Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurub.

1994-cü ildə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib.

Ana səhifəSiyasətXocalı faicəsindən 28 il ötür