Çilingərin ölümünə səbəb toztutucu filtirin qapağının yerindən çıxması olub
Hadisə yerinə ezam olunmuş komissiya üzvlərinin ilkin məlumatına görə, Elnur Ağayev Xızı qazpaylama stansiyasında qaz kəmərinin üzərindəki toztutucu filtrdə sızmanı aradan qaldıran zaman bədbəxt hadisə baş verib. Belə ki, toztutucunun təzyiq altında olan qapağı yerindən çıxıb və onun baş nahiyəsinə dəyib. Elnur Ağayev aldığı xəsarətdən dünyasını dəyişib.
Mayın 29-da saat 12.30 radələrində Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsində yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər işləyən 1980-ci il təvəllüdlü Elnur Fətulla oğlu Ağayev Xızı qazpaylama stansiyasında qaz kəmərinin üzərindəki toztutucuya xidmət göstərən zaman dünyasını dəyişib. Elnur Ağayevin təcrübəli işçi olduğu, idarədə 13 ildir çalıştığı bildirilib. Hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.