Xırdalanda su kəməri partlayıb, şəhərin böyük hissəsi susuz qalıb

“Ən yaxşı halda, su təchizatı sabah bərpa olunacaq”

Source:


“Ən yaxşı halda, su təchizatı sabah bərpa olunacaq”

Xırdalan şəhərinin su təchizatında problem yaranıb.

“APA-Economics” xəbər verir ki, bu günün ikinci yarısında Qalubiyyə küçəsindəki 400 mm diametrli su borusunun partalaması nəticəsində Abşeron rayonunun inzibati mərkəzi olan şəhərin böyük hissəsi susuz qalıb.

“Azərsu” ASC-nin Qəza xidmətindən “APA-Economics”in hadisə yerində olan əməkdaşına bildirilib ki, qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər görülür: “Ən yaxşı halda, su təchizatı sabah bərpa olunacaq”.

Ana səhifəXəbərlərXırdalanda su kəməri partlayıb, şəhərin böyük hissəsi susuz qalıb