Xırdalanda partlayış: 1988-ci il təvəllüdlü Aytən Musayevanın axtarışları aparılır (yenilənib)

Onlardan birinin qadın, digərinin uşaq olduğu bildirilir

Foto: Meydan TV


23.35.


Xırdalanda baş vermiş partlayış nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri ilə paytaxt xəstəxanasına yerləşdirilib


Bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova jurnalistlərə bildirib. M. Qaralovanın verdiyi məlumata görə, partlayış baş verən fərdi yaşayış evin sahibi 1982-ci il təvəllüdlü Musayev Vüsal Firuddin oğlunun durumu o birilərinə nisbətən daha ağırdır. O, xəsarət alanlardan birinin uşaq olduğunu deyib.


Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan 1988-ci il təvəllüdlü Aytən Musayevanın axtarışları aparılır.

***

Abşeron rayonu, Xırdalan şəhərində evdə partlayış olub.

Bu barədə Meydan TV-yə hadisə şahidləri məlumat veriblər.

Onlar bildiriblər ki, hadisə şəhərin mərkəz hissəsində, “Bizim Market”in yaxınlığında yerləşən yaşayış evində baş verib.

Məlumata görə, partlayışdan sonra evdə yanğın başlayıb.

Hadisə yerinə xeyli sayda təcili yardım maşını və yanğınsöndürənlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya məlumatı təsdiqləyiblər.

Bildirilib ki, biri qadın, digəri uşaq olmaqla iki nəfər dağıntılar altından çıxarıb.

Axtarış xilasetmə işlərinin davam etdiyi bildirilir.

Ana səhifəSosialXırdalanda partlayış: 1988-ci il təvəllüdlü Aytən Musayevanın axtarışları aparılır (yenilənib)