V. İsmayılov “Aztelekom” İstehsalat Birliyində İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb
Sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı ağır xəsarət alan jurnalist Vidadi İsmayılov sentyabrın 13-də vəfat edib.
Məlumatı APA-ya Respublika Yanıq Mərkəzindən veriblər. V. İsmayılov “Aztelekom” İstehsalat Birliyində İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.
4 nəfərin dünyasını dəyişdiyi partlayışla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314.2-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi açılıb. Prokurorluq və FHN-in Əməliyyat-İstintaq İdarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İş üzrə zəruri istintaq hərəkətləri aparılıb, o cümlədən müvafiq ekspertizalar təyin edilib.