Konsulluğun binasına hücumla bağlı Xarkov şəhəri polisi tərəfindən cinayət işi başlanılıb
7 noyabrda gecə saat 2.30-də Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Konsulluğu atəşə tutulub.
Məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi
yayıb
.
Nazirlik bildirib ki, Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub:
“Konsulluğun binasının qapısı və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Qeyd etmək istərdik ki, Fəxri Konsulluğun kameralarında hücum edən şəxsin 2 nəfər olduğu qeydə alınıb”.
Qeyd olunub ki, Konsulluğun binasına hücumla bağlı Xarkov şəhəri polisi tərəfindən cinayət işi başlanılıb.
“Son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Xarkovdakı Fəxri Konsulluğumuza edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir”.
Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi 27 sentyabrda pozulub. 40 gündən çox davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu 4 rayonu, 3 qəsəbəni, 200-dən çox kəndi azad edib.