XİN Qarabağa yerləşdirilən PKK-çılar barədə açıqlama verdi

”Qarabağda 400-ə yaxın PKK terrorçusunun yerləşdirilməsi məsələsi KİV-də gedən məlumat idi”

Source:


”Qarabağda 400-ə yaxın PKK terrorçusunun yerləşdirilməsi məsələsi KİV-də gedən məlumat idi”

“PKK terrorçularının Qarabağa yerləşdirilməsi məsələsinə Xarici İşlər Nazirliyində kompleks şəkildə baxılır”.

Bunu Modern.az saytına açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi bildirib ki, Qarabağda 400-ə yaxın PKK terrorçusunun yerləşdirilməsi məsələsi KİV-də gedən məlumat idi.

“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində müxtəlif təxribatçı fəaliyyətlər həyata keçirilir. Qeyd olunan məlumat da mətbuatda yayılmışdı. Hələ ki həmin məsələyə XİN-də baxılır”.

Türkiyə mətbuatı cəbhədə artan gərginlik zamanı 400-ə yaxın PKK terrorçusunun Qarabağ ərazisinə yerləşdirilməsi barədə məlumat yayıb.

İnformasiyalarda PKK yaraqlılarının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələndikləri qeyd edilib.

Ana səhifəXəbərlərXİN Qarabağa yerləşdirilən PKK-çılar barədə açıqlama verdi