XİN: Nikolay Bordyujanın şərhi birtərəflidir

”N.Bordyujanın “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir”

Source:


”N.Bordyujanın “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir”

“Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyujanın məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik”.

Bu fikirlər dekabrın 29-da Azərbaycan-Emənistan sərhədində baş verən insidentlə bağlı Azərbaycan Xarici İşlər Nazirlyinin bəyanatında əksini tapıb.

“Turan”-ın yaydığı məlumata görə, qurum KTMT-nin Baş katibininin açıqlamasını təşkilata üzv dövlətlərin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesinin mahiyyətinə zidd sayır.

Azərbaycanın işğal edilən ərazilərində yaradılmış qondarma rejimə N.Bordyujanın “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməz adlandırılır. Bəyanatda KTMT Baş katibinə hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə durumu düzgün dəyərləndirmək tövsiyə edilir.

Müəlliflər hesab edirlər ki, Ermənistanın belə növbəti təxribata əl atması KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündə uğradığı məyusluqla əlaqəlidir.

Sənəddə vurğulanır ki, Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün substantiv danışıqları davam etdirəcək.

“KTMT Katibliyində Ermənistan Respublikasının Çinari kəndi yaxınlığında silahlı insident haqqında məlumatı xüsusi narahatlıqla qarşılayıblar. KTMT üzvü olan dövlətin ərazisində, xüsusən, bu ilin aprel ayında Dağlıq Qarabağ Respublikasında ağır silah və zirehli texnikadan istifadə ilə kifayət qədər ağır insident fonunda bu cür addımları təxribat kimi dəyərləndiririk”.

Bu barədə KTMT baş katibi Nikolay Bordyujinin bəyanatında deyilir.

Bəyanatda daha sonra vurğulanır:

“Hər iki tərəfin, habelə bir sıra dövlət liderlərinin göstərdiyi səyləri nəzərə alaraq, Dağlıq Qarabağ probleminin nizamlanması prosesinin, nəhayət, daha fəal gedəcəyini düşünürdük. Amma son vaxtlar regiondan daxil olan atəşkəs razılaşmalarının müntəzəm olaraq pozulması haqqında məlumatlar, xüsusən dekabrın 29-da hərbi qulluqçuların ölümünə gətirib çıxaran növbəti insident ciddi narahatlıq doğurur”.

Ana səhifəXəbərlərXİN: Nikolay Bordyujanın şərhi birtərəflidir