XİN: Ermənistan Füzuli və Zəngilanın da mina xəritələrini Azərbaycana təqdim edib

Nazirlik qeyd edib ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Foto: XİN


“Azərbaycan 15 erməni əsilli məhkumu qarşı tərəfə qaytarıb”

İyulun 3-də Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycana təqdim edib.

Bunun qarşılığında rəsmi Bakı məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən və cəza müddəti bitən 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat

yayıb

.

Nazirlik bildirib ki, proses Rusiyanın təşəbbüsü ilə gerçəkləşib.

Nazirlik qeyd edib ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.


İyunun 12-də

Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana verib.

Bunun müqabilində isə saxlanılan 15 nəfər Ermənistan vətəndaşı Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətXİN: Ermənistan Füzuli və Zəngilanın da mina xəritələrini Azərbaycana təqdim edib