Vladimir Makey

Mənbə: google.az

Başlıq: Vladimir Makey

XİN: Belarus konstruktiv danışıqlara hazırdır

Nümayişçilər ictimai üzrxahlıqdan sonra sərbəst buraxılıb

“Belarus prezident seçkiləri və ondan sonrakı hadisələrlə bağlı xarici tərəfdaşlarla konstruktiv və obyektiv dialoqa hazırdır”, - cümə günü Xarici işlər naziri Vladimir Makeyə istinadən BelTA agentliyi xəbər verib.

Belarus hakimiyyəti etirazlar zamanı saxlanılan nümayişçiləri ölkədə nadir rastlanan ictimai üzrxahlıqdan sonra sərbəst buraxıb. “Reuters” bildirir ki, bu, 26 ildir ölkəni idarə edən Aleksandr Lukaşenkoya qarşı hədəyə çevrilmiş küçə etirazlarını sakitləşdirmək üçün atılmış addımdır.

Bildirilir ki, Makey isveçrəli həmkarı İgnazio Cassis ilə telefon danışığında Belarus tərəfinin seçki kampaniyası dövründə və ondan sonra ölkədə baş verən hadisələrlə əlaqədar xarici tərəfdaşlarla konstruktiv və obyektiv dialoqa hazır olduğunu deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/64m9pc

Ən çox baxılan