”Hüquq müstəvisində olan bu məsələnin siyasiləşdirilməsi cəhdlərini düzgün hesab etmirik”
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalist Əfqan Muxtarlı ilə bağlı
Avropa Birliyinin
və ABŞ
Dövlət Departamentinin
müvafiq olaraq 3 və 4 iyun tarixli açıqlamalarını şərh edib.
Hikmət Hacıyev Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətinin 1 iyun tarixli birgə məlumatına istinad edərək bildirib ki, Gürcüstanın müvafiq dövlət qurumlarının da məsələ ilə əlaqədar açıqlaması var:
“Hüquq müstəvisində olan bu məsələnin siyasiləşdirilməsi cəhdlərini düzgün hesab etmirik. Məsələni qəsdən siyasiləşdirərək uğursuz şəkildə Azərbaycan-Gürcüstan əlaqələrinə xələl yetirməyə çalışan dairələr heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri ortaq maraqlara, qarşılıqlı faydalı əməkdaşlığa və hörmətə, bir-birinin daxili işlərinə qarışmamaq və birinin ərazisindən digərinə qarşı istifadə edilməsinə yol verməmək kimi prinsiplərə əsaslanır”.
Jurnalist Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1, 315.2 və 206.1 maddələri ilə ittiham edilir.
O, sərhədi qanunsuz keçmə, vəzifəlin şəxsin qanuni tələbinə tabe olmamaq və qaçaqmalçılıqda təqsirləndirilir.
Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.