XİN Araz Əzimovun fikirlərinə reaksiya verdi

”Prezident İlham Əliyev Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkənin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb”

Source:
Hikmət Hacıyev
Hikmət Hacıyev
Azərbaycan Xarici İşlər Nazirliyi


”Prezident İlham Əliyev Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkənin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb”

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Suriya böhranı ilə bağlı mövqeyini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” adı altında keçirilmiş konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkənin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb: “Biz ən əsası, bölgədə sülh və atəşkəsin bərqərar olması və Suriya xalqının iradəsinə uyğun olaraq böhranın siyasi həllinin tapılmasının tərəfdarıyıq”.

Azərbaycan xarici işlər nazirinin müavini

Araz Əzimov

un Avstriya mətbuatında Suriya olayları ilə bağlı açıqlaması birmənalı qarşılanmamışdı. Əzimov Suriya prezidenti Bəşər Əsədi Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin yeganə təminatçısı adlandırmışdı:

“Əsədin ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik. Əgər sabah Əsəd getsə, biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli stabilləşmə prosesinin tərəfdarıyıq”.

Ana səhifəXəbərlərXİN Araz Əzimovun fikirlərinə reaksiya verdi