XİN ”Amnesty İnternational”ı ”GONGO”ya bənzətdi

Hikmət Hacıyev: Lapşin məsələsinə ”Amnesty İnternational”-ın siyasi don geyindirmək cəhdləri tamamilə əsassızdır

Source:


Hikmət Hacıyev: Lapşin məsələsinə ”Amnesty İnternational”-ın siyasi don geyindirmək cəhdləri tamamilə əsassızdır

“Amnesty İnternational”-ın Aleksandr Lapşinin işi ilə əlaqədar verdiyi

bəyanatı

ikili standartların ifrat nümunəsidir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Amnesty İnternational”-ın Aleksandr Lapşinin işi ilə əlaqədar bəyanatına cavab verərkən belə deyib.

Hikmət Hacıyev APA-ya bildirib ki, sırf hüquqi müstəvidə olan A. Lapşin məsələsinə “Amnesty İnternational”-ın siyasi don geyindirmək cəhdləri tamamilə əsassızdır:

Hacıyev sual edir ki, niyə “Amnesty İnternational” beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Çingiz Əsgərovun cəsədinin bir aydan artıq müddətdə qaytarılmaması və ya ata-analarının qəbrlərini ziyarət edərkən girov götürülmüş və fiziki və psixoloji isgəncələrlə üzləşən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsində susqunluq və görməməzliyə üstünlük verir?

“Hər bir fürsətdə Azərbaycanı əsassız olaraq tənqid etməyə aludə olan “Amnesty İnternational” Ermənistanın işğalı nəticəsində Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına münasibətdə indiyə qədər mövqe ortaya qoymayıb”.

Xidmət rəhbəri hesab edir ki, Lapşinin işgəncələrlə üzləşə biləcəyi barədə cəfəng açıqlaması yalnız gülünc doğurur. Çünki Rusiya və İsrail səfirliklərinin konsulluq xidmətləri, A.Lapşinin vəkili onun saxlanma şəraitindən məmnundurlarsa, bu, necə qarşılana bilər?! “Amnesty İnternational” Azərbaycana qarşı bu kimi ikili və yalan əsaslı siyasəti ilə NGO (QHT) deyil, artıq siyasi leksikona geniş sirayət etmiş “GONGO” təsiri bağışlayır.

Ana səhifəXəbərlərXİN ”Amnesty İnternational”ı ”GONGO”ya bənzətdi