Xəzərdə neftçilərin olduğu qayıq aşıb

Neftçilərdən birinin itkin düşdüyü bildirilir

Source:
foto arxiv
foto arxiv

Xəzər dənizində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Hadisənin sentyabrın 8-də baş verdiyi bildirilir. Bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı yayıb. Hüquq müdafiəçisinin öz “Facebook” səhifəsində yaydığı məlumata görə, qayıqda olan şəxslərdən ikisi suya düşüb. Suya düşənlərdən biri – Musa Əhməd oğlu Əliyev tapılmayıb.

Həmin şəxsin SOCAR-ın podratçı təşkilatı Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilir. Hazırda onun axtarışları davam etdirilir. Faktla bağlı SOCAR heç bir məlumat yaymayıb. Bayram günləri ilə əkaqədar qurumda iş yoxdur.

Ana səhifəXəbərlərXəzərdə neftçilərin olduğu qayıq aşıb