İcra başçısının müavini yeni vəzifə aldı
Prezident İlham Əliyev Xəzər rayonu icra hakimiyyətinə yeni başçının təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncam
a əsasən, bu vəzifəyə Elşən Rövşən oğlu Salahov təyin edilib.
Yerli mətbuat
ın məlumatına görə, buna qədər E.Salahov Xəzər rayon icra başçısının müavini vəzifəsini tuturdu.
Xəzər rayonu icra başçısı
Gülağa İslamov
2018-ci il dekabrın 21-də vəzifəsindən azad edilib. Vəzifədən çıxarılmasından üç gün əvvəl, o, prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.