Xəzər donanması Kaspiysk şəhərinə köçürüləcək

”Rusiyanın Xəzər dənizində öz donanmasını gücləndirməsi bu dörd ölkəni təhlükədə saxlamaq marağından irəli gəlir”

Source:


”Rusiyanın Xəzər dənizində öz donanmasını gücləndirməsi bu dörd ölkəni təhlükədə saxlamaq marağından irəli gəlir”

Rusiyanın Xəzər donanması bundan sonra Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşəcək.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

Həştərxandan Kaspiyskə köçəcək donanmanın hərbi qulluqçularının sayı da xeyli artacaq.

Nazir

bildirib ki,

donanmanın köçürülməsi ilə əlaqədar Kaspiyskdə genişmiqyaslı tikinti işləri aparılacaq. Şoyqu qeyd edib ki, donanmanın köçürülməsi Xəzər regionunda təhlükəsizliyin ciddi tərkib hissəsidir.

Xəbəri Meydan TV-yə şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Xəzəryanı dövlətləri arasında ən güclü dövlətin Rusiya olduğunu bildirib.

İlham İsmayıl hesab edir ki, Rusiyanın bu addımı hansısa təhlükədən irəli gəlmir:

“Məsələn, Qazaxıstandan, Türkmənistandan, İrandan, yaxud Azərbaycandan Rusiyaya hansı təhlükə ola bilər, ciddi heç nə. Əksinə, Rusiyanın Xəzər dənizində öz donanmasını gücləndirməsi bu dörd ölkəni təhlükədə saxlamaq marağından irəli gəlir. Rusiyanın Suriyanı Xəzər dənizdən vurması uzaq keçmiş deyil. Yeri gələndə, Xəzər Yaxın Şərqi hədəfdə saxlamaq üçündür”.

İlham İsmayıl

Üçüncü variant gəlincə, ekspert deyib ki, bu il Xəzər dənizinin statusunun müəyyənləşməsi əsas müzakirə predmetidi:

“Bundan əvvəl Rusiyanın güc göstərməsi və statusun öz maraqları dairəsində müəyyənləşdirməsinin tərkib hissəsi ola bilər. Status məsələsində İranla Türkmənistan Rusiyanın mövqeyini bölüşür, Azərbaycanla Qazaxıstanın mövqeyi fərqlidir. Nəhayət, bir məqam var, Qazaxıstan tədricən üzünü Qərbə tutur və Moskva Nursultan Nazarbəyovdan sonra bu prosesin sürətlənəcəyini bilir. Eyni zamanda, Bakının da mövqeyinin gözlənilmədən dəyişməsi mümkündür. Ona görə donanmanın Kaspiyskiyə köçürülməsi güc nümayişi kimi dəyərləndirilməlidir. Təsəvvür edin ki, uzaq perspektivdə Azərbaycan NATO üzvü olur və Xəzərdə hərbi alyansın gəmiləri üzür. Moskva əvvəlcədən bu qərarı qəbul etməklə Xəzərdəki hərbi potensialından istifadə edə bilsin. Bütün mənalarda Kremlin donanmanı köçürmə qərarı Xəzəryanı ölkələrin təhlükəsizliyi yox, Rusiyanın hədəsi, qorxusu və strateji dominant rolunu nəzərdə tutur”.

ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı bu barədə konkret fikir yürütməyin çətin olduğunu bildirib.

Amma o, donanmanın köçürülməsinin Xəzərin statusu ilə əlaqəsi olmadığını hesab edir:

“Strateji baxımdan NATO-ya cavab kimi də qiymətləndirmək mümkünsüzdür. Ehtimal edirəm ki, bu texniki məsələdir. Güman ki, Kaspiyski şəhərindəki bazanın texniki imkanları daha genişdir və yer hansısa təhlükələrə cavabdır”.

Ana səhifəXəbərlərXəzər donanması Kaspiysk şəhərinə köçürüləcək