Maqnitudası 4,3, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb
Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 04:40 radələrində qeydə alınıb.
Maqnitudası 4,3, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.