“Xəzər dənizi iqlim dəyişikliyindən qətiyyən mühafizə olunmur”

“Düzgün texnologiyalar seçilməsə, 19 may faciəsi bir daha təkrarlanar”

Source:


“Düzgün texnologiyalar seçilməsə, 19 may faciəsi bir daha təkrarlanar”

Mayın 27-də Fransanın Bakıdakı səfirliyində səfir Paskal Mönye 30 noyabr-11 dekabr tarixlərində Parisdə keçiriləcək İqlim Konfransı ilə bağlı bir qrup media təmsilçisi ilə görüşüb.

Səfir bildirib ki, BMT-in iqlim dəyişiklikləri üzrə Konvensiyası İştirakçılarının 21-ci Konfransı iqlim sahəsində növbəti böyük görüşdür. Konfransda böyük dövlətlər öhdəliklər götürəcəklər, yəni qlobal istiləşmə səviyyəsinin +2 dərəcədə saxlanılması tədbirləri haqqında universal razılıq əldə olunacaq. Həmçinin “Yaşıl Fond”un yaradılması və bunun kimi təsisatların qurulması nəzərdə tutulub və fonda ildə 100 milyard dollar keçiriləcək. Artıq dövlətlər töhfələrini göndərirlər: “Azərbaycan prezidenti də konfransa dəvətlidir, indi cavabı gözləyirik”.

İqlim dəyişikliyinin gözlənilən təhlükələrindən danışan səfir deyib ki, dünyada hər gün 1 milyard ton buzlaq əriyir. Əgər heç nə etməsək, əsrin sonuna qədər bütün okeanların səviyyəsi 4 metr qalxacaq, növbəti əsrdə isə onlarla metr qalxma gözlənilir. Bu isə sahilyanı ölkələrin su altında qalması və nəticədə yüz milyonlarla insanın həyatının dəyişməsi deməkdir. Bu proses 2050-ci ilə qədər baş verə bilər, bir daha deyirəm, əgər heç nə etməsək. Başqa bir təhlükə su çatışmazlığı ilə bağlıdır, 2080-ci ilə qədər 1 milyardla 3 milyard civarında insanın su çatışmazlığına məruz qalacağı gözlənilir: “Ona görə hamımız insanları həssaslaşdırmalıyıq ki, onlar gələcək barədə düşünsünlər. İqlim dəyişikliyinə qarşı mübarizə iki formada həyata keçirilir, böyük sənaye seçimləri və kiçik addımlar, məsələnb, işığın çox yandırılmaması, Coco-Colo-nın çimərlikdən yığılması və s. Yalnız bir istiqamətdıə işləmək olmaz, bunların hamısının rolu var. Sadəcə, insanların adətləri bir qədər dəyişməlidir, mətbuat bu barədə danışmasa cəmiyyət problemə həssas yanaşmayacaq. “.

Paskal Mönye deyib ki, keçirilən konfransda Xəzər dənizindən də danışılacaq: “Xəzər dənizi iqlim dəyişikliyindən qətiyyən mühafizə olunmur. Dünyanıən bir sıra yerlərində tornadolar gözlənilirsə, Xəzər dənizi olan hövzələrdə quraqlıq, torpaqların artması özünü büruzə verir ki, bununla dəniz ərazisi kiçilir. Bir sıra QHT-lər iş görür, məsələn, “Təmiz şəhər” layihəsindən xəbərdarsınız, həmçinin, xarici şirkətlər bu yöndə çalışırlar. Knim, Sistra şirkəti, sonuncu şirkət Bakının nəqliyyatını daha yaxşı etməsi üçün layihələr hazırlayır. Qlobal istiləşmələr bir çox problemlərə yol açır, əgər düzgün texnologiyalar seçilməsə, 19 mayda Bakıda baş verən faciə bir daha təkrarlanar. Ona görə texnologiyaların istifadəsi vacibdir. İnanırıq ki, media cəmiyyəti iqlim dəyişikliyinin gətirə biləcəyi fəlakətlərə həssaslaşdıra biləcək”.

Səfir iyunun 5-də Azərbaycan Diplomatiya Akademiyasında iqlim dəyişikliyi ilə bağlı tədbir də keçiriləcəyini dedi: “Mən medianı tədbirə dəvət edirəm. Konfransda nazir Hüseynqulu Bağırov, rektor Hafiz Paşayev və mən açılış edəcəyik.

Ana səhifəXəbərlər“Xəzər dənizi iqlim dəyişikliyindən qətiyyən mühafizə olunmur”