Hacı İbrahim Nehrəmli futbolçuların məvacibini ödəməyə söz verib
İş adamı Hacı İbrahim Nehrəmli “Xəzər adaları” futzal klubuna sponsorluqdan imtina edib. Bu barədə məlumatı
Komanda.az
saytı yayıb. AFFA-dakı mənbələrinə istinad edən sayt yazır ki, bu mövsüm ölkə çempionu olan, Azərbaycanı UEFA kubokunda təmsil edəcək komanda hazırda başsız qalıb. İbrahim Nehrəmli həmçinin futzalçılara qalan borcu da ödəməyəcəyini deyib.
Komanda.az
saytı yayıb. AFFA-dakı mənbələrinə istinad edən sayt yazır ki, bu mövsüm ölkə çempionu olan, Azərbaycanı UEFA kubokunda təmsil edəcək komanda hazırda başsız qalıb. İbrahim Nehrəmli həmçinin futzalçılara qalan borcu da ödəməyəcəyini deyib.
Komanda.az-ın məlumatına görə, futzalçılar üç aydır məvacib almırlar. İbrahim Nehrəmli mətbuata verdiyi açıqlamada məvaciblərin gecikdiyini etiraf etmişdi və bildirmişdi ki, iki ayın məvacibi mayın 12-nə, bu ayın məvacibi isə mayın 17-nə qədər ödəniləcək.
Ancaq borclar ödənilməyib. İbrahim Nehrəmli isə komanda üzvlərinə borcu ödəyə bilməyəcəyiylə bağlı klubun icraçı direktoru Fuad Qəmbərov vasitəsilə xəbər göndərib. Xəbərdə bildirilir ki, məvaciblərini ala bilməyən legionerlər ölkələrinə qayıda bilmirlər. Federasiyanın prezidenti Zaur Axundov legionerlərlə görüşərək, onlardan bir neçə gün də səbr etməyi xahiş edib. Ancaq legionerlər Axundova inanmadıqlarını bildiriblər. Onlar məvacibləri verilməyəcəyi təqdirdə, aksiya keçirəcəklərini, Bakıda girov saxlandıqlarını bütün dünyaya bəyan edəcəklərini deyiblər.
Legionerlər UEFA-ya şikayət edəcəyi halda, Azərbaycan cəzaya məruz qala, UEFA kubokuna, ümumiyyətlə, heç bir Azərbaycan klubu buraxılmaya bilər.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu isə Meydan TV-yə deyib ki, bu barədə onlarda heç bir məlumat yoxdur. Ən əsası klublar müstəqil olduğundan AFFA onların daxili işinə müdaxilə etmir: “Həm də AFFA-ya heç bir rəsmi məktub daxil olmayıb. Bir daha deyirəm, klublar müstəqil olduğundan maliyyə və hüququ baxımdan AFFA-dan asılı deyillər”.
“Xəzər adaları” klubunun baş məşqçisi Elnur Qəmbərov Meydan TV-yə deyib ki, artıq legionerlər üçün təyyarə bileti alınıb: “”Avesta” şirkətində bununla bağlı tədbir keçirilib və qərara alınıb ki, onların məvacibi ödənilsin. Artıq mayın 21-i üçün bilet alınıb, hamısı yola salınacaq”.
“Avesta” konserni Hacı İbrahim Nehrəmliyə məxsusdur.