Xətai rayonunda təqaüdə çıxa bilməyən şəxs özünü yandırıb

Yanan insan

Yanan insan

Bakının Xətai rayonunda 57 yaşlı Aleksandr Kononov adlı şəxs özünü yandırıb

Faktı Meydan TV-ə Xətai rayon polisinin əməkdaşları təsdiq ediblər.

Bildirilib ki, hadisə Heydər Əliyev parkında baş verib.

Aleksandr Kononov üzərinə neft tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində yanğın söndürülüb və o, xəstəxanaya aparılıb.

“Publika.az” xəbər verir ki, intihara cəhd edən şəxs Bakı şəhər Xətai rayonu Məhəmməd Hadi küçəsi, bina 89, mənzil 79-da yaşayan 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviçdir. 

Onun uzun müddət nəqliyyat qurumlarından birində çalışdığı üzə çıxıb. Belə ki, A.Kononov özünü yandırmazdan əvvəl məktub yazıb və məktubunda onun təqaüd alma məsələsinin qəsdən yubadıldığını qeyd edib.

“Amerikanın səsi” radiosuna Bakı şəhər 5 saylı xəstəxanadan bildiriblər ki, o, günortadan sonra xəstəxanaya gətirilib, hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıldığı, araşdırma aparıldığı bildirilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8xaxol

Ən çox baxılan