Xəstəxananın işıqlarının kəsilməsi yeni doğulan iki körpənin ölümünə bais oldu

Salyan RMX-da elektrik generatotunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib

Source:


Meydan Tv


Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya gətirilir. Körpə Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdiriləcək.


Ölən iki körpənin meyitlərinin də müayinə üçün Bakıya yola salındığı bildirilib.

————————————————————————-

Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində iki körpənin ölməsi hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva ötən gecə saat 22:15-də üçəm dünyaya gətirib: “31 həftəlik hamiləlikdən üçəm dünyaya gəlib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00 da, digəri isə 01:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə, bütün rayonda işıqlar 01:30-da sönüb. Yəni elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyəti yoxdur. Xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var”.


***


Salyan RMX-da elektrik generatotunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib

Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır.

“Report”un məlumatına görə, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstaxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Salyan RMX-da elektrik generatotunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.

Ana səhifəXəbərlərXəstəxananın işıqlarının kəsilməsi yeni doğulan iki körpənin ölümünə bais oldu