”Yanğına səbəb elektrik kabellərindəki qısaqapanmadır”
Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın olub. Rayon İcra Hakimiyyəti başçısının müavini C.Kərəmxanov Report.az-a bildirib ki, xəstələrin və tibb işçilərinin təxliyyəsi başa çatıb:
“Xəstəxanada olan bütün xəstələr və tibb işçiləri təxliyə olunub. Hadisə zamanı 5 xəstə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 30-dan çox xəstə isə xəstəxananın həyətinə təxliyyə olunub”.
C. Kərəmxanov deyib ki, yanğına səbəb şaxtada olan elektrik kabellərinin yükə düşməsi olub:
”Hazırda əraziyə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülsə də tüstülənmə davam edir”.