Xəstənin sol ayağı da kəsilib (Yenilənib)

”Xəstənin yaxınları da buna razılıq verdi və sabah xəstə yenidən əməliyyat olunacaq”

Source:
Tərlan Məmmədova
Tərlan Məmmədova

Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilən Məmmədova Tərlan Həsən qızının sol ayağı bu gün amputasiya edilib.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski bildirib.

Əməliyyat bu gün A. Şəmsəddinski tərəfindən aparılıb. A. Şəmsəddinski deyib ki, hazırda xəstə reanimasiyadadır, vəziyyəti orta-ağırdır, kafi saymaq olar.

Qeyd edək ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib.


***


”Xəstənin yaxınları da buna razılıq verdi və sabah xəstə yenidən əməliyyat olunacaq”

“Ayağı yanlış amputasiya olunan xəstə sabah yenidən əməliyyat olunacaq”.

Bu barədə APA-ya Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib. O qeyd edib ki, bu gün Angioloji və Mikrocərrahiyyə Mərkəzin tibbi ekspertləri və ekspertiza komissiyasının nümayəndələrinin iştirakı ilə iclas keçirilib və xəstənin sol ayağının da kəsilməsinə qərar verilib: “Xəstənin yaxınları da buna razılıq verdi və sabah xəstə yenidən əməliyyat olunacaq”.

Azər Şəmsəddinski həmçinin qeyd edib ki, xəstəni özü əməliyyat edəcək.

Şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o dünən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində həkim-cərrah Valeh Kərimov tərəfindən əməliyyat edilib. Lakin cərrah 87 yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsib.

T. Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Ana səhifəXəbərlərXəstənin sol ayağı da kəsilib (Yenilənib)