Xəstənin sağlam ayağını kəsən həkim işdən çıxarıldı

Əməliyyat həyata keçirilən Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru da öz vəzifəsindən uzaqlaşdırılıb

Source:

sadə
sadə


Əməliyyat həyata keçirilən Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru da öz vəzifəsindən uzaqlaşdırılıb

İyunun 24-də əməliyyat zamanı Tərlan Məmmədovanın sağlam ayağını kəsən Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski, həkim Valeh Kərimov tutduğu vəzifədən azad edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiya iclasında əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Əfsər Rzazadəyə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Angioloji Mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq Yunis Eyubova həvalə olunub.

Tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib.

İclasda vurğulanıb ki, qısa müddət ərzində Sumqayıtda baş vermiş hadisə haqda da ictimaiyyətə açıqlama veriləcək.

Ana səhifəXəbərlərXəstənin sağlam ayağını kəsən həkim işdən çıxarıldı