Xəstənin ayağındakı taxta parçası 63 il sonra çıxarılıb

20 il davam edən ağrıların səbəbinin yad cism olduğu deyilir

Source:
Əməliyyat
Əməliyyat


20 il davam edən ağrıların səbəbinin yad cism olduğu deyilir

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 63 il əvvəl xəstənin bədəninə girən yad cismin çıxarıldığı bildirilir.

ATU-nun mətbuat xidmətinin yaydığı məlumata görə, əməliyyatı Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinin professor, tibb elmləri doktoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimov həyata keçirib.

Pofessor M.Kərimovun sözlərnə görə, xəstə 3 yaşında olarkən yanan təndirə düşüb, bədəni geniş və dərin yanıq travması alıb. Bundan sonra uşaq üzərində çoxsaylı cərrahi əməliyyatlar keçirilib və həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Sonralar bu şəxs özü də həkim olub və insanların sağlamlığının keşiyində dayanıb.

“Lakin son 20 ildir ki, xəstəni sol baldırda olan və bugünə qədər sağalmayan trofiki xoralar ciddi narahat edirdi. Bununla əlaqədar müxtəlif ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, İranda dəfələrlə müalicə alıb, hətta xəstəxanalarda stasionar müalicə də alıb, amma effekti olmayıb – xora bağlanmayıb”.

Nəhayət pasiyent ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinə müraciət edib. Məhəmməd Kərimov müayinə zamanı ilk baxışda əhəmiyyətsiz görünən kiçik bir detala diqqət yetirdiyini deyir.

Sonradan məhz bu detal xoranın bağlanmamasının sirrinin açılmasında həlledici rol oynayıb:

“Bir-birinə yaxın yerləşmiş xoraların dibi eyni rəngdə, eyni xarakterdə olan, çox qalın ərplə örtülmüşdü. Bu, bizdə şübhə oyatdı və sonrakı müayinələr zamanı bunun yad cisim olması qənaətinə gəldik».

Əməliyyat zamanı, doğrudan da, xoraların dibində yad cismin olması təsdiqlənib. Məlum olub ki, 63 il əvvəl – xəstə uşaq ikən yanan təndirə düşəndə onun ayağına batan taxta parçası (10+2sm) hələ də bədənində qalırmış.

Məlumatda deyilir ki, əməliyyatdan 1 həftə sonra müayinə zamanı xoraların təmizləndiyi, sağlam qranulyasion toxumanın inkişaf etiyi müşahidə olunub. Pasiyent isə dözülməz ağrılardan, ağrıkəsici qəbulundan və gündəlik sarğılardan xilas olub.

Xəstənin kimliyi haqda məlumat verilməyib.

Ana səhifəXəbərlərXəstənin ayağındakı taxta parçası 63 il sonra çıxarılıb