Xədicə İsmayılova daha bir beynəlxalq mükafat aldı

Hüquq müdafiə təşkilatları bu ittihamları saxta adlandırıblar və Azərbaycan rəhbərliyinin korrupsiyası haqqında jurnalist araşdırmalarına görə cəza olaraq görüblər.

Source:


Mətbuata Dəstək Fondu məlumat yayıb

Araşdırmaçı jurnalist Xədicə İsmayılova və almaniyalı rejissor Benyamin Best (Benjamin Best) Leypsiqin “Kütləvi informasiya vasitələrinin azadlığı və gələcəyi uğrunda” mükafatına layiq görülüb.

Bu barədə iyunun 25-də Leyptsiqin hər bir laureata 10 min avro ölçüsündə mükafat ödənilməsinə görə cavabdeh olan Sparkasse bankının Mətbuata Dəstək Fondu məlumat yayıb.

Bildirilib ki, jurnalist Xədicə İsmayılova Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırırdı. 2014-cü ildə o, həbs edilib və vergi ödənişindən yayınma və israfçılıq ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiə təşkilatları bu ittihamları saxta adlandırıblar və Azərbaycan rəhbərliyinin korrupsiyası haqqında jurnalist araşdırmalarına görə cəza olaraq görüblər.

“Amnesty İnternational” jurnalisti vicdan məhbusu kimi tanıyıb. 2016-cı ildə Xədicə İsmayılova vaxtından əvvəl şərti azadlığa buraxılıb, amma ona bəraət verilməyib. Jurnalisti hələ də ölkədən kənara buraxmırlar.

Xədicə İsmayılova təzyiqlərə məruz qaldığı bu illər ərzində beynəlxalq jurnalistikada böyük nüfuza malik ABŞ Milli Mətbuat Klubunun (National Press Club) “John Aubuchon”, Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi “Allard” və s. mükafatlara layiq görülüb.

Ana səhifəSiyasətXədicə İsmayılova daha bir beynəlxalq mükafat aldı