Xədicə İsmayılın son sözünü kəsdilər (VİDEO)


Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi keçirilib.

İctimaiət nümayəndələri məhkəmə zalına buraxılmayıb. Prosesdə Xədicə İsmayıl son söz söyləyib. Ancaq hakim Ramella Allahverdiyeva Xədicə İsmayıla çıxışa başlamazdan əvvəl bildirib ki, əgər ittiham aktından kənara çıxsanız, sözünüzü kəsəcəm.

Bundan sonra məhbus jurnalist çıxışa başlayıb, amma o, hər dəfə prezident Əliyevin adını çəkdikdə prokuror etiraz edib və nəticədə onun çıxışını dayandırılıb. Bundan sonra hakim heyəti müşavirə gedib və bir müddət sonra qayıdaraq prosesin sentyabrın 1-nə təxirə salındığını elan edib.

Ana səhifəVideoXədicə İsmayılın son sözünü kəsdilər (VİDEO)