Jurnalist sınaq müddətinin ləğv olunmasını istəyir
Sentyabrın 13-də araşdırmaçı jurnalist Xədicə İsmayılın apelyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib.
Binəqədi Rayon Məhkəməsinin bu il avqustun 9-da jurnalistin barəsində olan sınaq müddətinin ləğv olunmaması və onun qüvvədə saxlaması haqqında qərarından verilib. Xədicə İsmayıl Apelyasiya Məhkəməsinə ünvanladığı şikayətində də elə Binəqədi rayon Məhkəməsinin məlum qərarının və sınaq müddətinin ləğvini istəyib.
Məhkəmə baxışı sentyabrın 20-nə təyin olunub.
Korrupsiya faktlarının araşdırılması ilə tanınan X.İsmayıl 2014-cü ilin dekabrında həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 7,5 ilmüddətinə mühakimə edilib. 2016-cı ilin mayında Ali Məhkəmə onun real həbs müddətini beş il sınaq müddəti olmaqla 3,5 il şərti cəza ilə əvəzləyib. 2016-cı ilin avqustunda Bakı Apelyasiya Məhkəməsi sınaq müddətini dəyişməyərək şərti cəzanın müddətini 2 il 3 ayadək azaldıb.
Ona təyin edilən cəza müddəti başa çatıb. Bundan əlavə, 2015-ci il noyabrın 25-dən hesablanan beşillik sınaq müddətinin böyük hissəsi başa çatıb. Bütün bunları nəzərə alaraq o, sınaq müddətinin dayandırılmasına və məhkumluğun üzərindən götürülməsinə təkid edir.
Sınaq müddəti X.İsmayılın hər ay Binəqədi rayonu icra və probasiya şöbəsində qeydiyyatdan keçməsini nəzərdə tutur və onun xaricə çıxışını qadağan edir.