Xədicə İsmayılın şikayəti təmin olunmadı

Jurnalist qərardan kassasiya şikayəti verəcək

Source:

Xədicə İsmayıl foto azadliq.org
Xədicə İsmayıl foto azadliq.org


Jurnalist qərardan kassasiya şikayəti verəcək

Oktyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovn sədrliyi ilə araşdrımaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın şikayətinə baxılıb. Xədicə İsmayıl prosesdə iştirak etməyib.

Bu barədə Meydan TV-yə məlumat verən vəkil Fariz Namazlının sözlərinə görə, məhkəmədə çıxış edərək bildirib ki, qanunvericiliyə edilən və iyunun 1-dən qüvvəyə minən dəyişiklikdən sonra CM-nin 192-ci maddəsinin dispozisiyası konkretləşdirilib. Əvvəl həmin maddədə ümumilikdə «dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərmək»dən bəhs olunurdusa, dəyişiklikdən sonra konkret göstərilib ki, söhbət vergi uçotuna alınmadan və ya lisenziya almadan göstərilən sahibkarlıq fəaliyyətindən gedir. Jurnalistika isə lisenziyalı fəaliyyət növü deyil.

Xədicə İsmayıla CM-nin 192.2.2-ci maddəsi ilə verilən ittihamda yazılıb ki, o, Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmədən xarici mediada (AzadlıqRadiosu) çalışıb və 2010-2014-cü illərdə 79 min 480 manat gəlir əldə edib.

F.Namazlı dəyişiklikdən sonra qanunda konkret olaraq, vergi uçotuna alınmadan fəaliyyət göstərmənin nəzərdə tutulduğunu müəyyənləşdirmək üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatət qaldırıb.

Vəsatət təmin olunmayıb.

Fariz Namazlı daha sonra çıxışında qanunvericiliyə dəyişikliyi nəzərə alaraq, Xədicə İsmayılın CM-nin 192-ci maddəsi ilə təyin olunmuş cəzadan azad edilməsini istəyib.

Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını təklif edib.

Ana səhifəXəbərlərXədicə İsmayılın şikayəti təmin olunmadı