Xədicə İsmayılın prokurorluğa qarşı iddiası üzrə məhkəmə keçirilib

”Cavabdeh iddia ilə razı deyil və növbəti iclasda öz etirazını təqdim edəcək”

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl


”Cavabdeh iddia ilə razı deyil və növbəti iclasda öz etirazını təqdim edəcək”

Avqustun 17-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın Bakı şəhər prokurorluğuna qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Jurnalist özünü öldürmə həddinə çatdırma ittihamı ilə üç ay ərzində əsassız olaraq həbsdə saxlanılmasına görə kompensasiya ödənilməsini tələb edir. İşə üçüncü şəxs qismində Maliyyə Nazirliyi də cəlb olunub.

İclasda vəkil Yalçın İmanov xatırladıb ki, İsmayıl 2014-cü il dekabrın 5-də CM-in 125-ci maddəsi ilə ittiham olunaraq həbs edilib. O, 2015-ci il martın 6-na qədər həbsdə saxlanılıb.

2015-ci il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi İsmayılın iqtisadi cinayətlərə görə 8,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxardıqda isə CM-in 125-ci maddəsi üzrə ona bəraət verilib.

Beləliklə, 2014-cü il dekabrın 5-dən 2015-ci il martın 6-na qədər, yəni 91 gün İsmayılova qanunsuz olaraq həbsdə saxlanılıb. İsmayılova ona dəyən maddi ziyanın ümumi ölçüsünü 9 min 30 manat olaraq qiymətləndirib. Mənəvi ziyana görə isə jurnalist 20 min manat tələb edir.

Vəkilin sözlərinə görə, prokurorluq nümayəndəsi bildirib ki, cavabdeh iddia ilə razı deyil və növbəti iclasda öz etirazını təqdim edəcək.

Hakim növbəti iclası 24 avqust saat 10.00-a təyin edib.

Mayın 25-də Azərbaycan Ali Məhkəməsi jurnalistə qarşı mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını ləğv edib və real həbs müddətini 3,5 il şərti cəza ilə əvəz edib. Avqustun 8-də isə şərti cəza müddəti 2 il 3 aya endirilib.

Ana səhifəXəbərlərXədicə İsmayılın prokurorluğa qarşı iddiası üzrə məhkəmə keçirilib