Xədicə İsmayılın məktubu Penitensiar Xidmətin rəisinə yetişməyib

Təcridxana rəhbərliyi məktubu məqsədəuyğun hesab etməyib

Source:


Təcridxana rəhbərliyi məktubu məqsədəuyğun hesab etməyib

Həbsdə olan araşdırmaçı-jurnalist Xədicə İsmayılın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisinə ünvanladığı məktub göndərilməyib. Bu barədə Meydan TV-yə məlumatı jurnalistin vəkili Fariz Namazlı verib. Onun sözlərinə görə, həmin məktub Xədicə İsmayılın vəkili Yalçın İmanovla görüşünə icazə verilməməsi ilə bağlı olub: “Məktubu mayın 4-də göndərib. Ayın 6-da qeydiyyat şöbəsinin rəisi gəlib Xədicə İsmayıla deyib ki, məktubu göndərmək məqsədəuyğun hesab edilmədi”.

Meydan TV məsələ ilə bağlı Penitensiar Xidmətə yazılı sorğu göndərsə də, günün sonu olduğundan cavab verilməyib.

Ana səhifəXəbərlərXədicə İsmayılın məktubu Penitensiar Xidmətin rəisinə yetişməyib