Xədicə İsmayılın məktubu amerikalı oxuculara çatdırıldı

Washington Post” jurnalistin həbsxanadan yazdığı məktubu dərc etdi

Source:


Washington Post” jurnalistin həbsxanadan yazdığı məktubu dərc etdi

 “Mən korrupsiyaya görə tutulmuşam. Özümün yox, rejimin korrupsiyasına görə. Zülmkar rejimlərin yanlış olduğunu sübut etmək üçün korrupsiyanı ifşa etmək lazımdır və mən 2015-ci ildə daha çox araşdırma aparacağıma söz vermişəm. Bəli, bunun üçün bədəl ödəməlisən, amma buna dəyər”.


Bu fikirlər araşdırmaçı jurnalist Xədicə İsmayılın fevralın 6-da həbsdən yazdığı məktubundandır. “Amerikanın Səsi” xəbər verir ki,


ABŞ-ın nüfuzlu  ”


Washington Post”

qəzeti jurnalist Xədicə İsmayılovanın  həmin

 məktubunu dərc ed

ib.

Məlumata görə, qəzetin redaksiya heyəti jurnalistin Azərbaycan prezidenti İlham Əliyev və onun ailə üzvlərinin maliyyə əməliyyatları haqda ətraflı yazdığını və güman ki, bu araşdırmalara cavab olaraq həbs olunduğunu qeyd edir.

Xədicə İsmayıl məktubunu bu fikirlərlə davam etdirir:

“Sükutumu bağışlayın. Ötən dəfə məktubum dərc ediləndən sonra məni karserə salmışdılar. Sonra kameramda axtarış aparıb bütün əşyalarımı, qeydlərimi götürdülər. Belə görünür ki, burada mənim çoxlu oxucularım var. Yəqin onlar növbə ilə yazdıqlarımı oxuyurlar”.

Xədicə İsmayıl bildirir ki,  həbsxana müdriyyəti qanuna zidd olaraq, ona ailəsini görməyə icazə vermir. Onun sözlərinə görə, həftədə yalnız iki telefon zəngi etməyə icazə verilir. İnformasiyaya çxışının məhdud olduğunu qeyd edən jurnalist,  kitabları ilə baş-başa qaldığını bildirir:  “Hazırda Səhər Delicaninin ”

Cakaranda ağacının övladları”

 kitabını tərcümə edirəm”.

Xədicə İsmayıl daha sonra beş kamera yoldaşı ilə bir ailə kimi yaşadığını yazır. Məhbus jurnalist bu adamların hekayələrinin Azərbaycan və onun gələcəyi haqda çox şeylər dediyini bildirir: “Kamera yoldaşlarım mənim yeni auditoriyamdır… Mən artıq efirdə deyiləm, amma bu dörd divar arasında mən azərbaycanlıların gündəlik mübarizələrinə birbaşa və şəxsi bağlıyam”.

Jurnalist Azərbaycanda korrupsiyanın həyatın bütün qatlarına sirayət etdiyini yazır. O, hesab edir ki, ölkədə korrupsiya “mədəniyyəti”nin yaranmasında başlıca məsuliyyəti mənəvi baxımdan müflis olmuş hakimiyyət daşıyır. Həmin bu mədəniyyətin təmsilçiləri doğru sözü deyənləri, haqq-ədalət uğrunda mübarizə aparanları cəzalandırır, onları həbsə atır:

“Bu, həm də hakimiyyət və acgözlük haqdadır. Ölkə prezidentindən tutmuş, ən aşağı səviyyəli məmurlaradək, bu adamlar korrupsiya və cəzasızlığın nümunələridir. Bura elə bir məkandır ki, pul və hakimiyyət istənilən cinayəti ört-basdır edə bilər; burada həqiqət və yalanın yerləri dəyişik düşüb. Bunun nəticəsi olaraq, Azərbaycanda 100 siyasi məhbus var”.

 Kürdəxanıdakı  məhbusların 3-5 yaxud 5-12 illik cəzalarla üzləşdiyini qeyd edən Xədicə İsmayıl ölkədə məhkəmə sisteminin büsbütün korrupsiyaya uğradığını bildirir.” Bu korrupsiya məngənəsi Azərbaycanın yüz ən istedadlı oğul və qızlarını həqiqəti söylədiklərinə görə həbsə salıb” deyə, o, davam edir.  Jurnalistin sözlərinə görə, hakimiyyət cəmiyyətə aşılamağa çalışır ki, insan ləyaqəti satın alına bilər: “Nə qədər ki, biz bu düşüncəni rədd edirik, biz qalibik, bizi bura salanlar isə məğlubdur. Həbsxana tərəzinin mizanını düzətmək istəyənlər, yaxud düz əməl sahibləri olanlar üçün qorxulu yer deyil. Biz nə üçün savaşmalı olduğumuzu görürük”,  deyə Xədicə İsmayılova amerikalı oxucuları yalanla həqiqət arasında seçim etməyə və həqiqət carçılarınını dəstəkləməyə çağırır.

Xədicə İsmayıl ötən ilin dekabrın 5-də həbs edilib. Həmin gün ona qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb. O, jurnalist Tural Mustafayevi özünü öldürmə həddinə çatdırmaqda günahlandırılıb.

Ana səhifəXəbərlərXədicə İsmayılın məktubu amerikalı oxuculara çatdırıldı