Məhkəmə prosesi iyulun 24-ə keçiriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayıl barəsində cinayət işi üzrə iyulun 22-nə təyin edilən məhkəmə prosesinin vaxtı dəyişdirilib.
Bu barədə
APA
-ya vəkil Fariz Namazlı məlumat verib. O qeyd edib ki, məhkəmə prosesi iyulun 24-ə keçiriləcək.
Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.
Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.