Xədicə İsmayılın məhkəməsində şahidlər ifadə verib

Jurnalist şahid ifadələri bitəndən sonra danışacağını deyib

Source:


Jurnalist şahid ifadələri bitəndən sonra danışacağını deyib

Avqustun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi davam etdirilib. Prosesdə Azadlıq Radiosunda sürücüsü kimi çalışan Nurəddin Eyvazov şahid ifadəsi verib. O, işə düzələndə mühasiblə müqavilə bağladığını, Xədicə İsmayılın işi ilə əlaqəsi olmadığını biıdirib.

Digər şahid Ülkər Akifqızı prosesə gəlmədiyindən məhkəmədə fasilə elan edilib.

Fasilədən sonra hakim şahidin gəlmədiyini deyib və Xədicə İsmayıla söz verib. Jurnalist şahid ifadələri bitəndən sonra danışacağını deyib.

Proses avqustun 13-də, səhər saat 11:00-da davam etdiriləcək.

Ana səhifəXəbərlərXədicə İsmayılın məhkəməsində şahidlər ifadə verib