Jurnalist qısa proses zamanı həmkarlarına “Seçkini basdırdınız?” deyə mesajını verib
Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın şikayətinə baxılıb. Proses noyabrın 19-na təxirə salındı. Səbəb 1 ay ərzində birinci iclasdan kassasiya şikayəti verilməklə bağlı olub, ancaq məhbus jurnalist şikayət verməyəcəyini deyib. Vəkil Fariz Namazov isə hakimin növbəti prosesi noyabrın 19-na keçirməsini siyasi qərar hesab edib: “Biz kassasiya şikayəti vermək istəmirik, amma buna məcbur edirlər”.
Xədicə İsmayıl qısa proses zamanı həmkarlarına “Seçkini basdırdınız” sualı ilə mesajını verib.