Xədicə İsmayılın məhkəməsi qapalı olacaq

Jurnalist böhtanda, şərəf və ləyaqətin təhqir edilməsində ittiham olunur

Source:


Jurnalist böhtanda, şərəf və ləyaqətin təhqir edilməsində ittiham olunur

Oktyabrın 9-da Binəqədi rayon məhkəməsində başlayan jurnalist Xədicə İsmayılovaya qarşı iddia üzrə proses qapalı rejimdə keçiriləcək.

Meydan TV-nin əməkdaşının məlumatına görə, bu qərarı hakim Sədrəddin Hacıyev qəbul edib.

İddianı Klassik Xalq Cəbhəsi Partiyasının keçmiş fəalı Elman Həsənov qaldırıb. O, jurnalisti böhtanda, şərəf və ləyaqətin təhqir edilməsində ittiham edir. İddiaçının versiyasına görə, jurnalist Milli Təhlükəsizlik Nazirliyinin Həsənovun gizli casus olması haqqında məxfi sənədini yayıb.

Bu hakimin prosesin qapalı keçiriləcəyini elan etməsi üçün əsas verib. Beləliklə, jurnalistlər, İsmayılovanın yaxınları və prosesdə iştirak etmək istəyən digər şəxslərin zala girişi qadağan edilib.

Elman Həsənovu “təhqir edən” sənəd bir neçə il əvvəl facebook-da yayılıb. Xədicə İsmayıl sənəddə göstərilən adları silərək, ondan istifadə edib. Eyni zamanda, MTN bu sənədin məxfi olmadığını bildirib. Ancaq məhkəmə iddianı qəbul edib və prosesi qapalı keçirməyi qərara alıb.

Ana səhifəXəbərlərXədicə İsmayılın məhkəməsi qapalı olacaq