Xədicə İsmayılın məhkəməsi oktyabrın 23-də keçiriləcək

Vəkil sənədlərin işdən çıxarılması ilə bağlı vəsatət hazırlayacağını söyləyib

Source:


Vəkil sənədlərin işdən çıxarılması ilə bağlı vəsatət hazırlayacağını söyləyib

Oktyabrın 17-də Binəqədi Rayon Məhkəməsində  Elman Həsənovun (Türkoğlu) araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı iddiasına baxılıb. Əvvəlki iclasda dövlət ittihamçısı iddiaçı Elman Həsənovun lehinə sənədlər təqdim edib. Jurnalistin vəkili Elton Quliyev həmin sənədlərin mənşəyinin bəlli olmadığını və məhkəmədə sübut kimi istifadə edilməsinin mümkünsüzlüyünü bildirib.

Vəkil sənədlərin işdən çıxarılması ilə bağlı vəsatət hazırlayacağını söyləyib. Beləliklə, məhkəmə yazılı vəsatətin hazırlanması üçün oktyabrın 23-dək təxirə salınıb.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Elman Həsənov jurnalistin öz «facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Xədicə İsmayıl Azadlıq Radiosuna insanların şəxsi həyatlarına hörmət etdiyini və kiminsə şəxsi həyatı ilə bağlı heç vaxt məlumat yaymadığını vurğulayıb. Jurnalist MTN-nin müxalifətin idarə olunması üçün bəzi şəxslərin ələ alınması haqda olan məlumatı paylaşmadan öncə oradakı bütün adları və şəxsi məlumatları sildiyini bildirib. Eyni zamanda, jurnalist «facebook»da paylaşdığı məlumatın sənəd olduğunu heç vaxt iddia etmədiyini deyib.

Ana səhifəXəbərlərXədicə İsmayılın məhkəməsi oktyabrın 23-də keçiriləcək