12 mayda Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın cərimələnməsindən verilən şikayətə baxılıb. Jurnalistin vəkili Yalçın İmanov ilkin qərardan kasasiya şikayəti verib. Bundan sonra proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Xədicə İsmayıl məhkəmədə bildirib ki, Bakı İstintaq Təcridxanasında ona vəkili Yalçın İmanovla görüşməyə icazə verilmir.
Elman Türkoğlunun şikayəti əsasında Binəqədi rayon Məhkəməsi jurnalisti 2500 manat cərimələyib. Xədicə İsmayılın Facebook səhifəsində yaydığı məlumatı Elman Türkoğlu özünə qarşı böhtan kimi qiymətləndirib. Amma jurnalist bildirir ki, yaydığı məlumatda onun adı keçməyib və bu ittiham onun peşə fəaliyyəti ilə bağlıdır.