Xədicə İsmayılın ictimai müdafiəsi Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi çərçivəsində aparılacaq

“Həmin komitə hüquq müdafiəçisi Leyla Yunus həbs edildikdən sonra yaradılıb və bütün digər siyasi məhbusların hüquqlarını müdafiə edir”

Source:

“Həmin komitə hüquq müdafiəçisi Leyla Yunus həbs edildikdən sonra yaradılıb və bütün digər siyasi məhbusların hüquqlarını müdafiə edir”

Tanınmış jurnalist Xədicə İsmayıl jurnalist fəaliyyətinə və ictimai mövqeyinə görə həbs edildiyindən, İlham Əliyevin və digər yüksək vəzifəli məmurların gizli biznesi və korrupsiya əməlləri barədə araşdırmalarına görə qisas alınmaq üçün şərləndiyindən, barəsində saxta ittiham irəli sürülsə də, həbsi birmənalı olaraq siyasi motiv daşıdığından onun ictimai müdafiəsi digər siyasi məhbusların hüquqlarını müdafiə edən komitənin çərçivəsində aparılacaq.

Bu barədə Meydan TV-yə jurnalist Şahvələd Çobanoğlu danışıb.

Onun sözlərinə görə, həmin komitə hüquq müdafiəçisi Leyla Yunus həbs edildikdən sonra yaradılıb və bütün digər siyasi məhbusların hüquqlarını müdafiə edir. Komitənin həmsədrləri professor Cəmil Həsənli və tanınmış hüquqşünas Vidadi Mirkamaldır.  Eyni zamanda Xədicə İsmayılın hüquqlarının müdafiə məsələlərini əlaqələndirmək üçün hazırda jurnalistlər Rövşən Hacıyev, Şahvələd Çobanoğlu, Əfqan Muxtarlı, Natiq Cavadlı, gənc fəal Ülvi Həsənlinin daxil olduğu işçi qrup da yaradılır.

Jurnalist İşçi Qrupa yeni üzvlərin qəbul ediləcəyini söyləyib.

İstintaq orqanlarında və məhkəmələrdə Xədicə İsmayılın hüquqi müdafiəsi ilə ilk gündən vəkil Elton Quliyev məşğul olur, 11 dekabr 2014-cü ildən isə vəkillər Yalçın İmanov və Fariz Namazlı da jurnalistin müdafiəsinə qoşulub.

Ana səhifəXəbərlərXədicə İsmayılın ictimai müdafiəsi Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi çərçivəsində aparılacaq