Xədicə İsmayılın həbs müddəti daha 3 ay uzadıldı

Source:

Jurnalist Xədicə İsmayıl barəsində seçilmiş həbs-qətimkan tədbiri mayın 14-də keçirilən məhkəmənin qərarı ilə daha 3 ay müddətinə uzadılıb.

Jurnalist Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma), 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Xədicə İsmayılova həbsinin qanunsuz olduğunu bildirib.

Ana səhifəXəbərlərXədicə İsmayılın həbs müddəti daha 3 ay uzadıldı