Xədicə İsmayılın apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb

Jurnalist ona qarşı ittihamları və ölkədəb çıxışına qoyulan qadağanı siyasi sifariş hesab edib

Source:


Jurnalist ona qarşı ittihamları və ölkədəb çıxışına qoyulan qadağanı siyasi sifariş hesab edib

Avqustun 15-də Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

X.İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib.

O, həmin qərardan apellyasiya şikayəti verib.

2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Mayın 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.

Jurnalist ona qarşı ittihamları və ölkədən çıxışına qoyulan qadağanı siyasi sifariş hesab edib.

Ana səhifəXəbərlərXədicə İsmayılın apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb